Xocalıda narkotik plantasiyası aşkarlanıb.
Xezerxeber.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, 100 hektarlıq ərazidə kultivasiya üsulu ilə əkilmiş çətənə plantasiyasına ciddi şəkildə qulluq edilib.
Elşad Hacıyev bildirib ki, bununla bağlı Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlar qarşısında, ayrı-ayrı tədbirlərdə məsələ qaldırsa da, erməni hakimiyyəti bunun ehtimal olduğunu irəli sürüb.
DİN rəsmisi deyib ki, işğaldan azad edilmiş ərazilərimiz 30 il ərzində yalnız cinayətkar məqsədlər üçün geniş şəkildə istifadə edilib.
Elşad Hacıyev Qarabağ iqtisadi rayonunun bütün bölgələrində, o cümlədən küçələrdə, kəndlərdə vəziyyətin dekriminallaşması ilə bağlı ciddi şəkildə iş aparıldığını da qeyd edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: