Diqqət! Diqqət! Bakı-Xankəndi qatarı birinci platformadan yola düşür... Sərnişinlərə tələsməyi tövsiyə edirik...
Xezerxeber.az xəbər verir ki, 1967-ci ildən 1992-ci ilin yanvarınadək bu cümlələr sərnişinləri Xankəndi şəhərinə gedən qatara tələsdirirdi. Bakıdan Xankəndiyə və Qarabağ iqtisadi rayonunun ətraf ərazilərinə həm yük, həm də sərnişin qatarı fəaliyyət göstərirdi. Sutka ərzində təxminən 100 yük vaqonu Bərdəyə daxil olub, orada çeşidlənib və təyinatı üzrə Xankəndi istiqamətinə göndərilib. 2-ci dərəcəli Xankəndi stansiyasının 7 yolu və yük həyəti olub. Qatarların hərəkəti 1992-ci ilin yanvar ayında dayandırılıb.
Bu isə həmin qatarın kiçik modelidir, Ağstafa rayonunda Açıq səma altında mini Azərbaycan parkında nümayiş olunur. Bura gələn hər kəs xüsusi lövhələrdə işğaldan azad edilən ərazilərimizdəki tarixi abidələrimizi, eləcə də Bakı-Xankəndi qatarının maketinə böyük maraq göstərirlər.
Muzeydə sərgilənən bu qatar isə tezliklə öz həqiqi funksiyasını yerinə yetirəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: