30 il torpaqları işğal altında qalan Azərbaycan humanitar yardım məsələsində də ikili standartlarla üzləşir.
Xezerxeber.az xəbər verir ki, xarici Donor təşkilatları doğma yurdundan didərgin düşən 1 milyondan artıq məcburi köçkünün düşdüyü ağır vəziyyətə göz yumduğu halda, erməni təəsübkeşliyindən əl çəkmir.
Politoloq Fikrət Sadıxov deyir ki, illərdir Azərbaycan məcburi köçkünlərin ehtiyaclarını özü qarşılayır. 1993-2019 cu illərdə qaçqın və məcburi köçkünlərin sosial təminatı və digər məsələlərə 10 milyard manat həcmində vəsait xərclənib.
2020-2023-cü illərdə məcburi köçkünlərə vahid aylıq müavinət daxil olmaqla hər il 380 milyon manat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 600 milyon manat ödənilib. Bura təhsil xərclərini də əlavə etmək olar.
Fikrət Sadıqov bildirib ki, qərb təsisatlarının Qarabağdan öz istəyi ilə çıxan ermənilərə yardım üçün özünü səfərbər etməsi ayrı-seçkiliyin bariz nümunəsidir.
Politoloq əlavə edib ki, bütün bunlar xarici donor təşkilatlarının da bəzi qərb siyasi dairələrinin sifarişi ilə fəaliyyət göstərdiyinə dair şübhələri artırır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: