Xəzər Xəbər

Ermənilərin gücləndirilmiş sədləri bu texnikalarla YARILIB VİDEO

“Əks-hücuma 10 dəqiqə qalmış” sənədli filmində məlumat verilir
Veb TV | 20:30 • 29 Sentyabr 2023
Ermənilərin gücləndirilmiş sədləri bu texnikalarla YARILIB

44 günlük Vətən müharibəsi başlayandan Zəfərə qədər gedən yolda Azərbaycan ordusunun bəzi taktiki-manevr planları məlum olub. 

Xezerxeber.az xəbər verir ki, bu barədə "Xəzər TV"-də yayımlanan “Əks-hücuma 10 dəqiqə qalmış” sənədli filmində məlumat verilir.  

Vətən müharibəsinin ilk günündə ərazilərə məhz maneələrə uyğun ləğvetmə texnikaları çıxarıldı. Döyüşlərin ilk günlərində, xüsusilə də gücləndirilmiş sədlərin yarılmasında əsasən Rusiya istehsalı olan İMR-3M maneələğvetmə texnikasından və MTU-90M körpüsalanından istifadə edilib. İMR-3M-in önündə maneələri ləğv etmək üçün bıçaq, arxa hissədə isə qazma mexanizmi var. Texnika radioaktiv çirklənmiş ərazilərdə də fəaliyyət göstərə bilir. O, yanğınsöndürmə sistemi ilə də təchiz edilib. Həyat təminatı sistemində isə suyun qaynadılması və qidaların qızdırılması da daxil bir çox funksiyalar var ki, bu da ekipaja texnikanı tərk etmədən 13 gün döyüş tapşırığını yerinə yetirmək imkanı yaradır. MTU-90M isə su maneələri, xəndəklər və yarğanlar üzərində körpü qurmaq və texnikaları oradan keçirmək üçün nəzərdə tutulub. 50 ton yük götürə bilən alüminium körpü 2-2,5 dəqiqə ərzində qurulur.

Rubrikanın digər xəbərləri

Xəbər lenti