Xəzər Xəbər

Doğulduğu Xankəndində yanğını söndürən FHN-çidən YENİ AÇIQLAMA: “Üzümüzə gülüb başımıza oyun açdılar” VİDEO

Veb TV | 21:15 • 29 Sentyabr 2023
Doğulduğu Xankəndində yanğını söndürən FHN-çidən YENİ AÇIQLAMA: “Üzümüzə gülüb başımıza oyun açdılar”

O, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsindəki doğma evini 3 yaşında məcburi köçkün kimi tərk etmişdi. Gəncədə məskunlaşıb burada DYMİ-də çalışırdı. Doğma yurduna gec-tez dönəcəyinə əmin idi, ancaq bunun nə vaxt, necə baş verəcəyini bilmirdi. Bir gün doğma Xankəndinə yanğın söndürməyə, onun evindən çıxaranlara yardım etməyə dönəcəyini təsəvvür etmirdi.

Xezerxeber.az xəbər verir ki, Namiq Lələyev 26 sentyabrda rəhbərlik tərəfindən verilən əmrlə Xankəndində yanğını söndürmək üçün səfərbər olunan heyətə cəlb olunub və doğma torpaqda ilk vəzifəsini sevinc və qürurla yerinə yetirib.

Sosial şəbəkələrdə Xankəndində çəkdirdiyi şəkillə gündəm olan yanğınsöndürən Namiq Lələyev təəssüratlarını ''Xəzər Xəbər''lə bölüşüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar