Yaşadı, yaratdı, sevildi...Vətəninə, ailəsinə layiqli övlad, yaxşı dost, dəyərli həmkar və bacı olmağı bacardı.
Yorğunluqdan şikayətlənmədi, çalışmaqdan zövq aldı, olduğu hər yerdə səs olmağı bacardı. Hər işə ürək qoydu, hər könülə dərman oldu 48 illik ömür payında. Dostum, həmkar, gözəl ürəkli qələm dostu idi.. O, nə statusu, nə ictimai-siyasi fəaliyyəti, nə də nüfuzu ilə fərqlənməyə çalışdı. Yanımızda oldu, jurnalist həmkarların doğmasına çevrildi, millətin vəkili, xalqın səsi olmağı bacardı.
Xəbər verdiyimiz kimi, səhər saatlarından onu tanıyan hər kəs Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ilə vidalaşmaq üçün Heydər Məscidinə axışıb.
Həmkarları deyir ki, Qənirə Paşayeva özü bu dünyaya işıq kimi gəlmişdi. Millət vəkili ilə vidalaşmağa gələnlər arasında qardaş türkiyəli rəsmilər də var idi.
Vida mərasimindən sonra Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ll Fəxri xiyabanda torpağa tapşırılıb. Dəfn mərasimində ailə üzvləri ilə yanaşı, rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Arxamızda kölgə, yanımızda nəfəs olan olan bir dostumuzla vidalaşdıq... Ruhuna dərin ehtiramla...
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: