44 günlük Vətən müharibəsi başlayandan Zəfərə qədər gedən yolda Azərbaycan ordusunun bəzi taktiki-manevr planları məlum olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə "Xəzər TV"-də yayımlanan “Əks-hücuma 10 dəqiqə qalmış” sənədli filmində məlumat verilir.
Qoşunların hərəkət edəcəyi ərazilərin, xüsusilə də möhkəmləndirilmiş sədlərin yarılmasında “Tamkar” və “Pomins” qurğularından da geniş istifadə edilib. “Tamkar” texnikaya qoşularaq daşınan minatəmizləyən qurğudur. Onun üzərindəki raket minalı sahəyə atılır və üzərindəki bombacıqlar minaları partladır. Nəticədə də 100 metr uzunluğa və 10 metr enə malik keçid açılır. “Pomins”i isə şəxsi heyət daşıyır. O da eyni prinsiplə partlayış yaradır və 50 metr uzunluğunda, 1.5 metr enində keçid aça bilirdi.