Xəzər Xəbər

Söyüdlüdə aparılan monitorinqin nəticələri açıqlandı VİDEO

Veb TV | 21:25 • 28 Sentyabr 2023
Söyüdlüdə aparılan monitorinqin nəticələri açıqlandı

Gədəbəyin Söyüdlü kəndində 18 nöqtədə yerüstü sulardan nümunələr götürülüb və müəyyən edilib ki, codluq və bulanıqlıq, həmçinin ağır metallar normadan yüksəkdir.

Xezerxeber.az-ın məlumatına görə, bunu Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev monitorinqin nəticələrinin təqdimatı ilə bağlı kənd sakinləri ilə görüşdə deyib.

O bildirib ki, bütün göstəricilər norma daxilində olub, lakin ağır metallar yüksək göstəricilərlə xarakterizə olunub. Mədəndənkənar axın sularından götürülmüş su nümunələrində də ağır metalların normadan yüksək olduğu qeydə alınıb.

Nazir həmçinin şirkətin götürdüyü öhtəliklərə və bu istiqamətdə işlərin icrasına nəzarətin gücləndiriləcəyini də vurğulayıb.

Söyüdlü kəndində ekoloji məsələlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sakinlərin müraciət etmələri üçün birbaşa əlaqələndirici şəxs təyin olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar