Xəzər Xəbər

Ermənilərin təmas xəttindəki maneələr zolağında NƏLƏR OLUB? VİDEO

“Əks-hücuma 10 dəqiqə qalmış” sənədli filmində məlumat verilir
Veb TV | 15:00 • 28 Sentyabr 2023
Ermənilərin təmas xəttindəki maneələr zolağında NƏLƏR OLUB?

44 günlük Vətən müharibəsi başlayandan Zəfərə qədər gedən yolda Azərbaycan ordusunun bəzi taktiki-manevr planları məlum olub. 

Xezerxeber.az xəbər verir ki, bu barədə "Xəzər TV"-də yayımlanan “Əks-hücuma 10 dəqiqə qalmış” sənədli filmində məlumat verilir.  

Mühəndis-istehkamçıların qarşısında Ermənistan Silahlı Qüvvələrinin 30 il ərzində qurub-möhkəmləndirdiyi müdafiə zolağını yarmaq vəzifəsi dururdu. Ərazilərin kəşfiyyatı və analizi aparılmış, maneələrin növü dəqiqləşdirilmişdi. Bu dəqiqləşdirmələr nəticəsində də Ermənistanın çox güclü, yarılması çətin ola biləcək sədd yaratdığı müəyyənləşdirilmişdi. Ovaxtkı təmas xətti ilə üst-üstə düşən bu maneələr zolağının uzunluğu 200 kilometrə yaxın idi. Burada həm piyadaların, həm də texnikaların hərəkətinin qarşını almaq üçün bütün vasitələr dəqiqliklə nəzərə alınmışdı.

1 kilometrdən artıq dərinliyə malik xətt kompleks müdafiə səngərlərindən, uzun və qısamüddətli atəş mövqelərindən, tank əleyhinə xəndəklərdən, piyada və texnikanın hərəkətinin qarşısını almaq üçün tel-məftil sədlərindən, qarışıq mina sahələrindən və komanda məntəqələrindən ibarət idi. Bütün bu maneələr isə xüsusi ardıcıllıqla yerləşdirilmişdi. Yeraltı bunkerlər də qurulmuşdu ki, geri çəkiləcəkləri təqdirdə burada minlərlə əsgəri məhv etməyi planlaşdırmışdılar.

Xəbər lenti

Çox oxunanlar