Xəzər Xəbər

Həm heyvan otarır, həm də dərslərini hazırlayır VİDEO

Veb TV | 13:37 • 28 Sentyabr 2023
Həm heyvan otarır, həm də dərslərini hazırlayır

Həm heyvan otarır, həm də dərsləri ilə məşğu olur

Xezerxeber.az xəbər verir ki, Samuxun Çobanabdallı kəndində yaşayan 6-cı sinif şagirdi Arzu Qədimovun sosial şəbəkələrdə yayılan fotosu ilə gündəm olub.

Əvvəllər belə hallara tez-tez rast gəlinsə də, məktəblilərin texnologiyaya daha çox meyil etdiyi bir dövrdə Arzunun qoyunları yemləyə-yemləyə ev tapşırıqlarını yerinə yetirməsi diqqət çəkib.

Valideynləri deyir ki, ailənin təsərrüfat işlərinə kömək etməsi Arzunun dərslərinə mane olmur.

Ən çox riyaziyyat fənnini sevən Arzu ötən il Lütfizadə adına Məntiq Olimpiadasında Samux rayonunu təmsil edib və birinciliyə layiq görülüb.

Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar