Bu gün xalqımız şəhidlərin məzarını ziyarət etməyi özünə müqəddəs borc bilib.
Xezerxeber.az xəbər verir ki, müxtəlif dövlət qurumlarının əməkdaşları, idarə, müəssisə, təşkilatların rəhbərləri də Xiyabana gələrək vəfa borclarını yerinə yetiriblər.
Qəhrəman igidləri böyüdən analar da burda idi. Gözləri yaşlı olsa da başları tikdir.
Əllərində bayraq tutaraq, şüarlar səsləndirərək şəhidləri yad etdilər.
3 il deyil, 33 il deyil, hətta 103 il keçsə belə vətən üçün canından keçənlər əsla unudulmayacaq. Onlar da onların uyuduğu torpaq da bizim üçün müqəddəs qalacaq. Haqqınızı halal edin, şəhidlər!
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: