Ermənistan Zəngəzur dəhlizinin açılmasına əngəl olsa, dəhliz İrandan keçə bilər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu açıqlaması Ermənistana xəbərdarlıq kimi qiymətləndirilib. Rəsmi İrəvan Zəngəzur koridoru ilə bağlı öz mövqeyinə aydınlıq gətirməlidir.
Ya onlar bu tarixi fursətə hə deyəcəklər, ya da dalan ölkə kimi hə yatlarına davam edəcəklər.
Xezerxeber.az-ın xəbərinə görə, politoloq Telman Nüsrə toğlu bildirib ki, Zəngəzur dəhlizini Trans-Xəzər dəhlizi ilə birlikdə düşündüyümüz zaman bunun Türk Dövlətləri Təşkilatı, Türkiyə-Azərbaycan üçün də nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini görə bilərik. O, qeyd edib ki, əslində bu də hlizin açılması eyni zamanda Ermənistanın da ticari-iqtisadi maraqları baxımından olduqca vacibdir.
Politoloqun sözlərinə görə, Ermənistanda bəzi xarici dairələrin təsiri ilə Zəngəzur dəhlizinin açılmaması ilə bağlı bir süründürməçilik siyasəti izlənməkdədir.
Lakin, Türkiyə liderinin bu istiqamətdə bəyənatı bütün suallara cavab oldu.
Politoloq deyir ki, məhz hazırki prosesin mahiyyətindən də anlamaq mümkündür ki, Ermənistan bunun qarşısında çox dayana bilməyəcək və dəhlizin açılması ilə bağlı müsbət bir qərar qəbul edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: