"Son 3 il ərzində sülh istiqamətində bütün addımlar Azərbaycan tərəfindən atılıb".
Xəbər verdiyimiz kimi, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, Ermənistan və onun qurduğu qurama təsisatlar bir qədər özlərinə gələndən sonra himayədarlarının dəstəyi ilə Azərbaycan tərəfindən uzadılan əli geri çevirdi, yenə siyasi və hərbi təxribatlara üz tutdu. Xüsusən ərazimizdə ağır silahlarla silahlanmış ordu saxladı və ərazilərimizdən çıxarılmasına qarşı çıxdı.
Ceyhun Bayramov qeyd edib ki, çağırışlar nəticə vermədiyinə görə Azərbaycan lokal antiterror tədbirləri həyata keçimək məcburiyyətində qaldı.
Nazir əlavə edib ki, qondarma rejim Azərbaycanın legitim tələblərini qəbul edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: