Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Qarabağ bölgəsində ərazinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər görür.
Xezerxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qozlukörpü-Həsənli yolunda xeyli sayda piyada və tank əleyhinə mina, həmçinin, partlamamış döyüş sursatları aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Qeyd olunub ki, bölmələrimiz ərazidə aşkar etdikləri partladıcı qurğular və mina-tələlərini də zərərsizləşdirirlər.
Ərazilərin minalardan təmizlənməsi tədbirləri davam etdirilir.