Xəzər Xəbər

“ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin qalibləri mükafatlandırılıb VİDEO

Mükafata layiq görülənlər arasında Xəzər TV-nin əməkdaşları da var
Veb TV | 21:38 • 26 Sentyabr 2023
“ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Türkiyə Xəbər Operatorları Assosiasiyasının təşkilatçılığı ilə 27-ci "ZOOM" Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Mərasimdə Azərbaycan və Türkiyə mediasının tanınmış simaları, Türkiyə səfirliyinin müşavirləri, Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov və yerli televiziyaların rəhbərləri iştirak ediblər.

Mərasimdə həm Türkiyə mediasının operator və müxbirləri, həm də Azərbaycan media nümayəndələri mükafatlandırılıb.

Ən yaxşı xəbər görüntüləri mükafatına layiq görülənlər arasında Xəzər TV-nin əməkdaşları da var.

Qeyd edək ki, Azərbaycandan müsabiqəyə ümumilikdə 30-a yaxın videomaterial təqdim olunub. Müsabiqənin gələn ildən etibarən Azərbaycanla yanaşı, digər türkdilli dövlətlərdə də keçirilməsi nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti