Bakı Metropoliteninin stansiyalarında sərnişin sıxlığı yaşanır.
Xezerxeber.az-ın məlumatına görə, bu gün “Koroğlu” və “28 May” stansiyalarında sərnişin sıxlığını əks etditdirən videogörüntüləri yayılıb.
Görüntülərdən açıq görünür ki, insanlar qatara yaxınlaşmaq üçün bir növ mübarizə aparırlar.
Metrodan istifadə edən sərnişinlərin sözlərinə görə, bu hal demək olar ki, hər axşam və səhər təkararlanır.
Sıxlığın aradan qaldırılması, sərnişinlərin rahat hərəkətini təmin etmək üçün hansı işlərin görüldüyünü öyrənmək üçün “Bakı Metropoliteni” QSC ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, yaranmış sıxlıq yeni tədris ili başlayan gündən mövcuddur və bunun aradan qaldırılması üçün hazırda monitorinq işləri aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: