Xəzər Xəbər

Bakıda iş yerində xəsarət alan şəxs xəstəxanada vəfat edib VİDEO

Veb TV | 20:21 • 26 Sentyabr 2023
Bakıda iş yerində xəsarət alan şəxs xəstəxanada vəfat edib

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində fəaliyyət göstərən kağız istehsalı müəssisəsində bədbəxt hadisə baş verib.

İş zamanı müəssisədə çalışan iki nəfərin üzərinə isti su tökülüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə zamanı 2002-ci il təvəllüdlü Nahid Həsənov və 1983-cü il təvəllüdlü Fəqan Şirinov aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

21 yaşlı Nahid Həsənov 8 günlük müalicədən sonra həyatını itirib. 40 yaşlı Fəqan Şirinovun isə müalicələri hələ də reanimasiya şəraitdə davam etdirilir.

Yaxınları Fəqanın hazırki vəziyyətindən narahatdırlar.

Baş Prokurorluqdan bildirilib ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti