"Naxçıvan və Azərbaycanın digər bölgələri ilə quru və dəmir yolu xətləri ilə birbaşa əlaqələrin qurulması əlaqələrimizi daha da gücləndirəcək".
Xezerxeber.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman təyyarədə jurnalistlərə açıqlamasında deyib.
Türkiyə lideri bildirib ki, bu dəhliz açıldıqdan sonra Bakıdan çıxan nəqliyyat vasitəsi və ya qatar birbaşa Qarsa gələ biləcək. Ərdoğan qeyd edib ki, Ermənistan Zəngəzur yolunun açılmasına razılıq verməsə, yol İran üzərindən keçəcək və İran bu məsələdə maraqlıdır.
Ərdoğan onu da söyləyib ki, Naxçıvana səfəri bir daha Türkiyə - Azərbaycan qardaşlığının, "bir millət, iki dövlət" ruhunun bütün dünyaya bəyanıdır. Türkiyə Prezidenti antiterror əməliyyatında qazanılan tarixi uğurdan da danışıb.
Ərdoğan vurğulayıb ki, indi Azərbaycanın suverenliyi altında həm Xocalı, həm də Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: