Bakıda marşrut xəttinə ilk elektrik mühərrikli avtobus buraxılıb.
Xezerxeber.az-ın məlumatına görə, elektrik avtobusu 5 nömrəli marşrut xəttində hərəkət edir.
Marşrut xətti "20-ci sahə" - "Nəriman Nərimanov" metrostansiyası istiqamətini əhatə edir.
Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Anar Orucov bildirib ki, nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir.
Onun sözlərinə görə, ölkədə elektrik avtobuslardan istifadənin genişləndirilməsi istiqamətində işlər aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: