Ermənistan silahlı birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin mülki təyinatlı infrastrukturdan hərbi məqsədlər üçün istifadə etməsi növbəti dəfə aşkar edilib.
Müdafiə Nazirliyindən Xezerxeber.az-a verilən xəbərə görə, lokal xarakterli anti-terror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı bu obyektlərin silah-sursat anbarı kimi istifadə edildiyi müəyyən olunub.