Evlərinə çatmaq üçün 15 km-lik yolu çay yatağı ilə qət edirlər.
Xezerxeber.az xəbər verir ki, bu kəndlər Zaqatalanın ən ucqar kəndlərindəndir.
Kəndə getmək üçün yalnız dağ çayları aşılmalıdır.
Qədim dağ kəndləri olan Sabunçu, Cimcimax və daha 6 kəndin sakinləri evlərinə getmək üçün nə az - nə çox düz 15 km yolu cay yatağı ilə qət etməlidirlər. Kənd sakinləri bu kəndə ancaq Ural markalı yük maşınları ilə gedib gəlirlər. Hər tərəfi dağ çayları ilə əhatəli olan Cimcimax və Sabunçu kəndinə bir neçə gün əvvəl güclü sel düşüdüyündən əhali çətin vəziyyətə düşüb.
Məsələ ilə əlaqədar Cimcimax Kənd icra nümayəndəsi Allahverdi İbrahimov “Xəzər Xəbər”ə bildirdi ki, burdakı vəziyyət aidiyyatı üzrə rəhbərliyə məruzə edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: