Xəzər Xəbər

Məyus geridönüş... VİDEO

“Laçın” keçidində iki ay gözləyən "yardım" karvanı Ermənistana qayıdır
Veb TV | 19:34 • 24 Sentyabr 2023
Məyus geridönüş...

Bu gün Ermənistanın və Fransanın TIR-ları Laçınla sərhəddən geri qaytarıldı.

Xezerxeber.az-ın məlumatına görə, 400 ton "humanitar yardım"ın Qarabağın erməni əhalisinin guya "humanitar blokadadan" xilas etmək üçün göndərilən TIR-lar Laçın istiqamətindən geriyə, Ermənistana doğru hərəkət etməyə başlayıb.

Ermənistana məxsus 19 TIR-dan əlavə Fransanın göndərdiyi 2 TIR da geri qaytarılıb.

Politoloq Tural İsmayılovun sözlərinə görə, “Spayka” şirkətinə məxsus TIR-ların “humanitar yük”ünün altında başqa mövzular yatırmış.

Onun sözlərinə görə, ərazilərimizə hansısa mənşəyi məlum olmayan, içərisində nə olduğu bilinməyən yüklərin gətirilməsi cəhdi uğursuzluğa məhkum idi və Ermənistan rəhbərliyi də bunu yaxşı başa düşürdü.

Politoloq onu da əlavə edib ki, bütün bunlar "humanitar böhran", “Qarabağ ermənilərinin blokadası" kimi dezinformasiyaların tamamilə fiaskoya uğramasının növbəti təsdiqidir. Azərbaycan bununla ermənipərəst qüvvələrə və separatçıları dəstəkləyən Qərb dairələrinə də yerini göstərmiş oldu. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti