20 sentyabr Azərbaycanın dövlətçilik və hərb tarixinə qızıl hərflərlə yazıldı.
Xezerxeber.az xəbər verir ki, son 30 ildə davam edən, amma əslində kökü 200 ilə dayanan "Böyük Ermənistan" layihəsi Azərbaycan ordusunun keçirdiyi antiterror tədbirləri ilə bir dəfəlik həll olundu.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Ordumuzun şücaəti sayəsində qlobal erməni imperalistlərin Azərbaycanı bölmək, parçalamaq layihəsi darmadağın edildi.
Bu tarixi hadisə ilə xalqımızın önündə yeni perspektivlərin yarandığını deyən millət vəkili artıq Azərbaycan ərazisində Azərbaycanın suverinliyini təhdid edəcək hec bir mərkəzin, qurumun qalmadığını vurğulayıb.
Millət vəkili əlavə edib ki, 20 sentyabr Azərbaycan dövlətçilik tarixində yeni səhifə açmaqla gələcək hədəflərimizə doğru milli enerjimizin və milli gücümüzün səfərbər olması üçün yeni imkanlar yaratdı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: