Xəzər Xəbər

Azərbaycanın maliyyə vəziyyəti yaxşılaşıb VİDEO

Veb TV | 22:22 • 23 Sentyabr 2023
Azərbaycanın maliyyə vəziyyəti yaxşılaşıb

Azərbaycanın maliyyə vəziyyəti yaxşılaşıb, strateji valyuta rezervləri 15 faizə yaxın artıb.

Xezerxeber.az xəbər verir ki, 2023-cü ilin  büdcə gəlirləri isə  10 faizdən çox artıb.

Bu barədə 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclasında deyilib.

Azərbaycanda bu ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə endirilməsi gözlənilir.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi 2024-cü ildə orta illik inflyasiyanın 5,3 %-ə qədər azalmasını gözləyir. 2025-ci ildə orta illik inflyasiya 4,9 %, 2026-cı ildə 4,4 %, 2027-ci ildə 4,2 % səviyyəsində proqnozlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti