Bir mərtəbəli taxtadan ibarət olan Fin tipli bina Lənkəranın Liman kəndindəki 3 saylı baxçanın binasıdır.
Xezerxeber.az xəbər verir ki, bina əvvəllər 3 otaqdan ibarət olub, sonradan otaqlardan biri yararsız vəziyyətə düşüb.
Sonradan baxçanın həyətində yenisinin tikilməsi üçün bünövrə qazılıb, tikintiyə başlanıb. Ancaq, naməlum səbəbdən işlər yarımçıq qalıb.
Aidiyyəti qurumların nümayəndələri əraziyə baxış keçiriblər.
Qeyd edək ki, hal-hazırda baxçada uşaqların təlim - tərbiyəsi ilə 3 tərbiyəçi məşğul olur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: