Yevlaxdakı dialoqdan bir gün sonra, bu gün Qarabağdakı erməni sakinlərə ərzaq göndərildi.
Xezerxeber.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün ərzaq yükünün göndərilməsi qərara alınıb.
Bu gün müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdama gedib.
Avtomobillər Ağdam rayonu ərazisindən Xankəndiyə yola salınıb.
Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilən yüklər artıq ünvana çatıb.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən göndərilən içərisində 40 ton unun olduğu olduğu 2 TIR isə hələ də Ağdam-Əsgəran-Xankəndi yolunda gözləyir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: