Xəzər Xəbər

Kütləvi məzarlıqlar və itkin düşənlərlə bağlı YENİ XƏBƏR VİDEO

Veb TV | 21:45 • 17 Sentyabr 2023
Kütləvi məzarlıqlar və itkin düşənlərlə bağlı YENİ XƏBƏR

İtkin düşmüş şəxslərin 80 faizinin ailəsindən DNT nümunələri toplanıb.

Xezerxeber.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib. Onun sözlərinə görə, qalıqların eyniləşdirilməsi vaxt tələb edən məsələdir. Eldar Səmədov azərbaycanlı əsir və girovlara verilən işgəncələrə də diqqət çəkib.

Brifinqdə çıxış edən Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı deyib ki, Ermənistanın hərbi cinayət törətmiş hərbçilərində kütləvi məzarlıqların koordinatları var. Lakin Ermənistan bu mövzuda da qeyri-konstruktiv addımlar atır, koordinatları Azərbaycan tərəfinə vermir.

Füzulidə mina ilə çirkləndirilmiş bir ərazi var ki, orada kütləvi məzarlığın olduğunu ehtimal edirik- deyə Həbib Mikayıllı əlavə edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar