Xəzər Xəbər

Sayğac yenilənəndən 4 ay sonra abonentə 518 manat cərimə borcu gəldi VİDEO

Neftçala sakini şikayətçidir
Veb TV | 20:37 • 16 Sentyabr 2023
Sayğac yenilənəndən 4 ay sonra abonentə 518 manat cərimə borcu gəldi

Neftçala rayonunda nasaz olan sayğacı apardıqdan 4 ay sonra abonentə 518 manat cərimə olunduğu bildirilib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Neftçala rayonu, Bankə qəsəbəsi sakini Kainat Məmmədovun başına gəlib.

Şikayətçi iddia edir ki, aprel ayında qaz sayğacı sıradan çıxıb. O, aidiyyəti üzrə müraciət edib. Nəzarətçilər yerində sayğaca baxış keçirib, işləmədiyini bildirdikdən sonra yenisi ilə əvəzləyiblər. Sonra  akt tərtib  ediblər. Aktda bildirilib ki, sayğacın hesablama mexanizminin ilişdiyi məlum olub.

Kənan Məmmədov deyir ki, 4 aydan sonra onlara “Azəriqaz” İstehsalat Birliyindən gələn tələbnamədə isə tamam başqa səbəb göstərilib.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən birdirilib ki, istənilən halda bu qurumun cərimə yazmaq səlahiyyəti yoxdur.

Məsələyə hüquqi qiymət verilməsi üçün işə məhkəmədə baxılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar