15 sentyabr Qafqaz İslam Ordusu tərəfindən Bakının ermənilərin və bolşeviklərin zülmündən azad edilməsi günüdür.
Xezerxeber.az xəbər verir ki, Qafqaz İslam Ordusu müsəlman türklərini Ermənilərin və bolşeviklərin zülmündən qurtarmaq üçün hərəkata başladı.
Göyçay, Kürdəmir, Ağsu və Şamaxıda düşməni məğlubiyyətə uğratdı.
Tarixçi Solmaz Tohidi deyir ki, Bakını işğal məngənəsindən qurtarmaq bizə asan başa gəlməyib.
Qafqaz İslam Ordusu çətin şəraitə, böyük təzyiqlərə baxmayaraq yeni yaranmış Azərbaycan ordusu ilə birlikdə döyüşərək avqustun əvvəllərində Bakının ətrafına çatdı.
Böyükdən-kiçiyə bütün Azərbaycan xalqı "Türk şəhidliyi"ni ziyarət etməyi Qafqaz Ordusuna Vəfa borcu sayır.
105 illik müdrik qələbəmiz mübarək…
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: