Atalarının əlindən tutub məktəbə gedə bilməsələrd də, şəhid valideynlərinin ruhu onları daim izləyəcək.
Xezerxeber.az xəbər verir ki, bu gün birinci sinifə qədəm qoyanlar arasında baş leytenant Babək Allahverdiyev, kapitan Niyət Şirəliyev, baş çavuş Tofiq Həsənov və gizir Anar Nağıyevin də övladları da var.
“Hər dörd şəhidimizin övladları eyni məktəbin eyni sinfində təhsil alacaqlar”.
Həyəcandan özünə yer tapa bilməyən bu balaca oğlan baş çavuş Tofiq Həsənovun yadigarıdır. Tunar atasının arzusunu həyata keçirmək üçün beyin cərrahı olacağını bizə böyük sevinclə söylədi.
Baş leytenant Babək Allahverdiyevin oğlu Çingiz də atası kimi komandir olacağını deyir.
Kapitan Niyət Şirəliyevin oğlu Nicat isə kamera qarşısında danışmağı sevməsə də, yalnız oğruları tutmaq üçün Polis olacağını bildirir.
Nicatla Jasmin isə atalarının adını eşidən kimi kövrəldilər.
Anaları da bu gün ən azı onlar qədər həyacanlı idi. Axı o, övladları üçün bu gün həm də ata əvəzi idi.
Şəhid anası Gültəkin ana isə nəvəsinin sevincinə şərik olmaq üçün onu tək qoymayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: