Xaçmaz-Xudat yolu üzərindəki körpü uçub, maşın çaya düşüb, xəsarət alanlar var.
Xezerxeber.az xəbər verir ki, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qüdyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub.
Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, əraziyə xüsusi texnikalar və canlı qüvvə cəlb olunub, əlavə təhlükəsizlik tədbirləri görülüb.
Körpünün uçması nəticəsində bir minik maşını çaya düşüb, 3 nəfər xəsarət alıb. Dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.
Qeyd edilir ki, rayonun 97 yaşayış məntəqəsi bu körpüdən istifadə edir. 98 min əhali həmin istiqamətdə yaşayır. Sürücülər alternativ olaraq Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən istifadə edə bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: