Son vaxtlar cənub bölgəsinə yağan güclü, aramsız yağışlar Astara rayonunun dağlıq ərazilərinin bir çox yerlərində torpaq sürüşmələrinə gətirib çıxarıb.
Xezerxeber.az xəbər verir ki, dağlardan sürüşən torpaq qatı Astara rayonunun Pəlikeş ərazisinin Lomin kənd sakini Aynagül Nabatovaya məxsus evi qəzalı vəziyyətə salıb. İki metrə yaxın torpaq qatı əsasən evin arxa hissəsi və həyətyani sahəsini əhatə edib.
Kənd icra nümayəndəliyi əraziyə baxış keçirib. Aidiyyəti üzrə məlumat verilib.
Aramsız yağışlar nəticəsində kənd ərazisindən keçən çay daşaraq, piyada köpüsünü də uçurub. Çayın o biri tərəfində qalan ailələr üçün gediş - gəliş çətinləşib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: