İdarəetmədən çıxan minik maşını parka girdi, nəticəsi isə ağır oldu.
Xezerxeber.az xəbrə verir ki, yol qəzası gecə saatlarında Mingəçevirdə baş verib. Qəza zamanı minik maşını park ərazisində bir neçə irigövdəli ağacı kökündən qoparıb, işıq dirəyini aşırıb. DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, avtomobildəki sərnişin, 29 yaşlı Rahimə Allahverdiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və ikisi azyaşlı olmaqla üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Şəkidə isə sərnişin daşıyan mikroavtobus piyadanı vurub. Hadisə bu gün səhər saat 08 radələrində şəhərin M. Ə. Rəsulzadə küçəsində baş verib. Şəhər arası 1 a marşurutu üzrə sərnişin daşıyan Vüqar Məmmədov idarə etdiyi mikroavtobusla yolu keçən piyada Seyfəddin Cəfərovu vurub. 60 yaşlı kişi hadisə yerində ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: