Xəbər verdiyimiz kimi, axtarışda olan 400-ə yaxın erməniəsilli şəxsin tutularaq istintaqa təhvil verilməsi işləri sürətləndirilib.
Bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistan kütləvi məzarlıqlar və xəritələrlə bağlı Azərbaycana məlumatları vermir. İşğaldan azad olunmuş ərazilərdən tapılan insan qalıqlarına gəlincə. Bu istiqamətdə işlər davam etdirilir:
Baş prokuror İranda saxlanılan azərbaycanlı tələbə ilə bağlı danışıqların hazırkı mərhələsi barədə də danışıb.
Qeyd edək ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb. Sonradan məlum olub ki, Fərid Səfərli İranda həbs edilib.
İyulun 19-da keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş "casusluq" ittihamı "casusluq etmək niyyəti" ittihamı ilə əvəz olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: