Bu gün həyəcanları bir başqaydı bu şagirdlərin. Çünki ilk dəfə tam təmirli, hər cür avadanlıqlara təmin olunmuş məktəbdə tədrisə başlayırdılar.
Xezerxeber.az xəbər verir ki, Şamaxı rayonunun Göylər kəndində 1 saylı tam orta məktəbin yeni binası şagird və müəllimlərin ixtiyarına verilib.
"Şamaxıdakı bu məktəb Heydər Əliyev Fondunun inşa etdiyi 500-ci məktəbdir."
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və digər rəsmi şəxslər bu gün yeni məktəbdə olublar. Onlar məktəbdə yaradılan şəraitlə tanış olublar
1975-ci ildə inşa olunan təhsil ocağı ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondunun dəstəyi ilə yanvar ayından başlanan tikinti işləri nəticəsində 624 şagird yerlik yeni məktəb binası inşa olunub. Üç mərtəbəli 4 korpusdan ibarət bina zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib
Yeni tədris ilində Göyçay rayonunda da Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir-bərpa işləri aparılan məktəb istifadəyə verilib. 1969-cu ildə inşa olunan Göyçay şəhər 6 saylı tam orta məktəbin binası yararsız vəziyyətə düşdüyündən bu ilin yanvar ayından bərpa işlərinə başlanıb. Bu gün 4 korpusdan ibarət 624 şagird yerlik təhsil müəssisəsi istifadəyə verilib.
Məktəbdə 30 sinif otağı, laboratoriyalar, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası yaradılıb.
Qeyd edək ki, Heydər Əliyev Fondu bu günədək Göyçay şəhərində, eləcə də rayonun Bəydövül, Kürdşaban, Alpout kəndlərində məktəb, körpələr evi və uşaq bağçalarının tikintisini həyata keçirib.
Heydər Əliyev Fondunun təhsil sahəsində layihələri İsmayıllı rayonunu da əhatə edib. 1979-cu ildə inşa olunmuş İsmayıllı şəhər 4 saylı tam orta məktəbdə bu ilin yanvar ayında başlanan tikinti işləri nəticəsində yeni 3 korpus inşa olunub. Məktəb zəruri avadanlıq, fənn kabinetləri və labaratoriyalar əyani vəsaitlərlə təchiz edilib.
Fondun digər layihəsi isə Qəbələ rayonunda icra edilib
Prezident İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2021-ci ilin may ayında Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində aparılan bərpa işləri ilə tanışlığı zamanı Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili dövlət başçısına burada 150 yaşı olan məktəbin təmiri ilə bağlı müraciət etmişdi.
Daha sonra Nic qəsəbəsində 4 saylı tam orta məktəbin də açılışı olub. Məktəbdəki fənn kabinetləri və laboratoriyalar lazımi avadanlıq və əyani vəsaitlərlə təchiz edilib.
Qeyd edək ki, 2018-2022-ci illər ərzində İnvestisiya büdcəsi hesabına 415, eyni dövr ərzində mərkəzləşmiş büdcə hesabına isə 3091 təhsil müəssissinin təmir tikintisi icra edilib. Son 3 ildə 275 yeni məktəb tikilib, qəzalı məktəblərin sayı 30 fai azalaraq 654-ə enib. Bu ilin sonunadək Elm və Təhsil Nazirliyinin sifarişi əsasında 8 təhsil müəssisəsinin açılışı planlaşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: