Xəzər Xəbər

Füzuliyə KÖÇ DAVAM EDİR VİDEO

Veb TV | 20:45 • 15 Sentyabr 2023
Füzuliyə KÖÇ DAVAM EDİR

30 illik həsrətdən sonra Füzuli sakinləri doğma yurdlarına qayıdırlar.

Xezerxeber.az xəbər verir ki, köç karvanı "Qobu park 3" yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə 73 nəfərdən ibarət 25 ailə köçürülüb.

Bununla da Füzuli şəhərində 144 ailə, yəni 514 nəfərin daimi məskunlaşması təmin edilib. Köçürülənlər əsasən, Bakı, Sumqayıt və Abşeron ərazisində, tikintisi yarımçıq qalmış bina, yataqxana, sanatoriya, pioner düşərgəsi və digər inzibati binalarda müvəqqəti məskunlaşanlardır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti