Xəzər Xəbər

30 ildən sonra Füzulidə İLK ZƏNG VİDEO

Veb TV | 20:30 • 15 Sentyabr 2023
30 ildən sonra Füzulidə İLK ZƏNG

30 ildən sonra ilk dəfə Füzuli şəhərində ilk zəng çalınıb.

Xezerxeber.az xəbər verir ki,1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov və valideynlər iştirak ediblər.

Bildirilib ki, Füzuli şəhərində inşa olunan ilk məktəb binası 960 şagird yerlikdir. Mirzə Uluqbəyin adını daşıyan 1 nömrəli tam orta məktəb Özbəkistan tərəfindən tikilib. 2023-2024-cü tədris ilində sözügedən məktəbdə 160 şagird təhsil alacaq, onların təlim-tərbiyəsi ilə 15 müəllim məşğul olacaq.

Nazir jurnalistlərə açıqlamasında deyib ki, bu il tədris ilinin sonuna kimi Zabux qəsəbəsi də təhsilə qoşulacaq:

“Şuşa şəhərində yeni məktəbin istifadəyə verilməsi planlaşdırılır.”

Emin Əmrullayev qeyd edir ki,işğaldan azad edilmiş ərazilərdə məktəb tikintisi ilə yanaşı peşə təhsil müəssisələri də olacaq.

Ağcabədi rayonunun Poladlı kənd məktəbi də  Bilik Günündə istifadəyə verilib.

1988-ci ildə inşa olunmuş  məktəb keyfiyyətli tədris üçün yararsız vəziyyətdə olduğundan yeni təhsil ocağının inşasına qərar verilmişdi. Yeni binanın tikintisi ilə bağlı işləri üzərinə götürən Heydər Əliyev Fondu tərəfindən 300 şagird yerlik yeni məktəb inşa olunub. İki mərtəbəli 3 korpusdan ibarət olan yeni təhsil müəssisəsi şagird və müəllimləri qəbul etməyə hazırdır.

Məktəbin ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb. Heydər Əliyev Fondunun Ağcabədinin Poladlı kənd məktəbində gördüyü işlər təhsilin keyfiyyətinin təminatına, uşaqların bilik və bacarıqlarının davamlı artımına hesablanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti