Xəzər Xəbər

Azərbaycanda Bilik Günü qeyd olundu... VİDEO

Veb TV | 23:00 • 15 Sentyabr 2023
Azərbaycanda Bilik Günü qeyd olundu...

Bu gün paytaxt küçələri, orta məktəblərin ətraflı əllərində gül dəstələri olan birincilərlə gözəlləşib.

Gülüb sevinənlərlə yanaşı valideynlərindən ayrıldığı üçün kövrəlib ağlayan kim, tezdən oyanmağa öyrəşməmiş yarıyuxulu dayanan kim....

Birincilərin həyəcanı fərqliydi. Bu gün ilk dəfə məktəbə ayaq basıb, məktəblə tanış olurdular axı. Hətta ilk dərs günü olmağına baxmayaraq məktəbə hazırlıqlı gələnlərdə var idi. Birincilər arasından artıq özünə peşə seçənlərlə bərabər gələcək hədəflərini müəyyən edənlər də vardı.

Bu gün həmçinin məktəblilər qədər onların valideynləri də həyəcanlı idilər. İlk dəfə məktəbə ayaq basıb onları yeni həyata hazırlayacaq müəllimlərin sevincləri də bir başqaydı.

Bu günün ilk dərs mövzusu da fərqliydi.

Qeyd edək ki, ümumilikdə 2023/2024-cü tədris ili  üçün orta məktəblərdə 1 milyon 612 min 294 şagird parta arxasında əyləşəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar