Xəzər Xəbər

Xaçmazda körpünün uçması HƏRƏKƏTİ İFLİC ETDİ VİDEO

Veb TV | 16:46 • 15 Sentyabr 2023
Xaçmazda körpünün uçması HƏRƏKƏTİ İFLİC ETDİ

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları səbəbindən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpünün uçması barədə məlumat daxil olub.

Xezerxeber.az FHN-nə istinadən məlumat verir ki, hadisə ilə əlaqədar dərhal FHN-in Şimal Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

İlkin məlumata əsasən, xilasedicilər tərəfindən xüsusi vasitələrdən istifadə olunmaqla 2 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Əlavə məlumat veriləcək.

Xəbər lenti

Çox oxunanlar