Ötən gün hərbi nəqliyyat vasitəsinin qəzaya düşməsi nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Nihad Namazov Tovuzda dəfn edilib.
Xezerxeber.az-ın məlumatına görə, 2005-ci il təvəllüdlü əsgər Nihad Namazovun nəşi doğulduğu Tovuzun Qovlar şəhərindəki yaşadığı evə gətirilib.
Vida mərasimindən sonra hərbçi Qovlar şəhər qəbiristanlığında dəfn olunub.
Hərbi xidmətinin bitməsinə 3 ay qalan Elgün Həsənovla vida mərasimi isə Bakının Binə qəsəbəsində keçirilib. Mərasimdə hərbçilər, İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Elgün və Nihadla birlikdə şəhid olan Taleh Əliyevin nəşi isə doğulduğu Zərdab rayonunun Gödəkqobu kəndinə gətirilib. Onunla vida mərasimi keçirilib. Vida mərasimindən sonra Taleh Əliyev Gödəkqobu kənd qəbiristanlığında dəfn olunub.
Hərbi orkestr Dövlət Himnini səsləndirib. Hərbçinin tabutuna sarılmış üçrəngli bayraq mərhumun atasına təqdim edilib.
Qeyd edək ki, mərhum Taleh Əliyev 10 ilə yaxın idi, müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Ordusunda xidmət edirdi. Evli idi, iki qız övladı var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: