Bakıda sürücülər ayırıcı zolaqları parklanma zonası bilərək avtomobillərini burada saxlayır. Daha sonra isə cərimə olunurlar.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Zaur Nudirəliyev küçəsi, “ASAN xidmət”in yaxınlığında yerləşən ərazidən gedir.
Sürücülər ayırıcı zolağı səhvən parklanma zonası bilərək avtomobillərini burada park edirlər.
Onlar burda avtomobillərini park edən zaman digər sürücülərə də maneə yaradır.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli “Xəzər Xəbər”ə bildirib ki, yollarda salınan ayırıcı zolaqlar nəinki parklama yeri, hətta hərəkət üçün qadağandır.
Qeyd edək ki, avtomobillərini bu ərazilərdə saxlayan şəxlər 20 manat məbləğində cərimə olunacaqlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: