Xəzər Xəbər

Masazırda evdə qadın meyiti aşkarlanıb VİDEO

Veb TV | 20:55 • 14 Sentyabr 2023
Masazırda evdə qadın meyiti aşkarlanıb

Abşeron rayonunun Masazır qəsəbəsində evdə qadın meyiti  tapılıb. Onun üzərində zorakılıq əlamətləri olub.

Xezerxeber.az-ın məlumatına görə, ötən gün axşam saatlarında  40 yaşlı Səbinə Rzayevanın üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlanması barədə məlumat daxil olan kimi polis hərəkətə keçib.

Mərhumun atası Cavad Rzayev bildirib ki, qızı ailə qurduqdan 6 ay sonra boşanıb və ərindən 1 oğlu dünyaya gəlib. Lakin çox keçmədən qızı Bakıda bir oğlanla tanış olub. Onun döyülərək öldürüldüyü iddia olunur.

DİN-dən verilən məlumata görə, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş qadına qarşı cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti