Bakıda süni sıxlığın yaranmaması üçün sabahdan məktəbətrafı küçə və prospektlərə nəzarət daha da artırılacaq.
Xezerxeber.az-ın məlumatına görə, Nəqliyyatı İntellektual İdaretmə Mərkəzi yeni dərs ilinin başladığı gün şəhər yollarında sıxlığın qarşısını almaq üçün gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
Mərkəzin İctimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov deyib ki, sentyabrın 15-dən sonra süni sıxlıq və tıxaca səbəb olacaq amillərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görüləcək.
Sabahdan məktəb və unversitetlərin ətrafında dayanma və durma qaydasını pozan sürücülərə də kameralarla nəzarət ediləcək. Hərəkətə konkret olaraq maneə yaradan sürücü barəsində dərhəl ərazidə xidmət aparan yol patrul xidməti əməkdaşlarına məlumat veriləcək ki, həmin nəqliyyat vasitəsi ordan kənarlaşdırılsın.
Qeyd eədək ki, dayanma və durma qaydasını pozan sürücülər inzibati qaydada 20-40 manat məbləğində cərimə olunacaqlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: