Xəzər Xəbər

İş yerinin yaxınlığında parklanma qiymətində güzəşt ola bilərmi? VİDEO

https://app.xezerxeber.az/news
Veb TV | 21:11 • 14 Sentyabr 2023
İş yerinin yaxınlığında parklanma qiymətində güzəşt ola bilərmi?

Yeni parklanma qaydalarına əsasən, ərazidən 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər ödənişsiz parklama edə bilərlər. Bəs daimi iş yeri olan şəxslər iş yerlərinin yaxınlığında ödənişsiz, yaxud hər hansı güzəştlərlə avtomobillərini park edə bilərlərmi?

Xezerxeber.az-ın məlumatına görə, sakinlər hesab edir ki, onlar yaşayış ərazisindən 100 metr məsafədə pulsuz parklama edə bilirsə, iş yerindən arayış təqdim etməklə iş yerinə yaxın ərazidə də pulsuz parklama etməlidir. Yaxud daimi iş yeri olan şəxsə iş yerinə yaxın ərazidə nisbətən güzəştli qiymətlər tətbiq olunmalıdır.

Nəqliyyat eksperti Elmədin Muradlı "Xəzər Xəbər"ə bildirdi ki, yeni parklanma qaydaları tıxacların aradan qaldırılmasına hesablanıb.  

Ekspert bildirdi ki, şəhərdə tıxacları azaltmağın bir yolu da şəxsi maşınlardan az istifadəni təmin etməkdir. Belə olan halda sakinlər ictimai nəqliyyata yönələcəklər. 

Ekspert onu da vurğuladı ki, bu sistemin effektiv işləməsi üçün ictimai nəqliyyatın işini yaxşılaşdırmaq, gecikmələri aradan qaldırmaq vacib nüansdır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov məsələ ilə bağlı "Xəzər Xəbər"ə bildirdi ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər fərdi parklanma talonları ala və həmin yerlərdən ödənişsiz istifadə edə bilərlər. Digər hallarda, eləcə daimi iş yerlərinin yaxınlığındakı parklanmalara görə sakinlər üçün güzəştlər nəzərdə tutulmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar