Xəbər verdiyimiz kimi, bu gün Zəngilana növbəti köç yola salınıb.
Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə - 123 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaqlar. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.
Ailə tərkibinə uyğun olaraq, onlardan 10-u üçotaqlı, 9-u dördotaqlı, 6-ı beşotaqlı fərdi yaşayış evi ilə təmin olunub. Bununla da, indiyədək Ağalıda daimi məskunlaşdırılan ailələrin sayı 133-ə çatacaq.
Kəndə köçürülmə davam etdiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: