Qaradağ rayonu, Qobustan qəsəbəsinin bir qrup sakini hər yağış yağandan sonra bu əziyyətə qatlanmalı olur.
Xezerxeber.az xəbər verir ki, vətəndaş qarşılaşdığı çətinliyi ictimailəşdirmək görüntüləri “Xəzər Xəbər”in qaynar xəttinə göndərib.
Qobustan qəsəbə İnzibati Ərazi Dairəsindən bildirildi ki, problemin həllinə məsul olan qurum Qaradağ rayon Qobustan Bələdiyyəsidir.
Bələdiyyə rəsmiləri isə sakinlərin problemlə bağlı onlara müraciət etmədiklərini dedilər. Əgər müraciət olunarsa, problemin aradan qaldırılması üçün müvafiq tədbirlərin görüləcəyi bildirildi.
"Azərsu"ASC-dən “Xəzər Xəbər”in sorğusuna cavab olaraq bildirildi ki, Qobustan qəsəbəsində yağış-kanalizasiya infrastrukturu mövcud deyil, bu ilyaradılması da nəzərdə tutulmur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: