Yeni tədris ili valideynlərin qayğılarını artıb.
Xezerxeber.az xəbər verir ki, xüsusilə 10 və 11-si sinif şagirdlərinin valideynləri övladlarını məktəbdən əlavə hazırlıqlara yönəldirlər. Məqsəd onların yüksək nəticə toplaması və ali məktəbə qəbul olmasıdır.
Abituriyentlər indi ya repititor yanına, ya da hazırlıq kurslarına göndərilir. Repititor və hazırlıq kurslarının qiymətləri də ötən illə müqayisədə artıb. Qiymətlər isə qrupdakı şagirdlərin sayından asılı olaraq dəyişir.
Fərdi qaydada repititor yanına getmək isə daha bahadır. Müəllimlər deyir ki, indi fərdi qaydada övladını hazırlığa qoyanların sayı elə də çox deyil. Bununla belə fərdi hazırlığın qiyməti 1 fənn üzrə 200-300 manat arasında dəyişir.
Repititorlarla yanaşı bəzi hazırlıq kurslarında da bu il qiymətlər artıb. Çəkiliş apardığımız hazırlıq kursunun rəhbəri Vüqar Məmmədov deyir ki, mərkəzdə fərdi qaydada abituriyent hazırlamırlar. Onlar dərsləri qurup halında, kompleks şəkildə tədris edirlər.
O da bildirildi ki, həm bəzi repititorlar, həm də hazırlıq kursları şəhid ailəsi üzvlərinə, sosial həssas kateqoriyadan olan şəxslərə müəyyən güzəştlər edirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: