30 il əvvəl itkin düşən Şəmsəddin Allahverdiyevin Xocavənddə tapılan qalıqları Füzulidə ailəsinə verilib.
Xezerxeber.az xəbər verir ki, 9-cu Qayıdış qəsəbəsində bununla bağlı mərasim keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra şəhidin qalıqları rayonun Mahmudlu kənd qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Allahverdiyev Şəmsəddin Əvəz oğlu 1971-ci il iyunun 9-da Füzuli rayonunun İşıqlı kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq ordu sıralarına yazılıb. 1993-cü il iyulun 23-də Füzuli rayonunun Cuvarlı kəndində itkin düşüb. Xocavənd Rayonu Edilli kəndində aşkarlanan kütləvi məzarlıqdan meyitinin qalıqları tapılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: