Tarixə qəhrəmanlıq səlnaməsi kimi düşən 12- 13 sentyabr hadisələri Ermənistanın uzun müddət qurduğu planlarını alt-üst etdi.
Xezerxeber.az xəbər verir ki, bir il öncə regionda formalaşmış yeni reallığın dəyişdirilməsi istiqamətində genişmiqyaslı əməliyyatlar keçirməyə hazırlaşan Ermənistanın növbəti cəhdi uğursuzluğa düçar oldu. Dəfələrlə ən müxtəlif səviyyələrdə Ermənistanın revanşist siyasətini ifşa edən, təxribatlarının qarşısını alan ordumuz vətənin təhlükəsizliyini təmin etmək üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı.
7 saat davam edən cavab əməliyyatı nəticəsində Ermənistanın 400-ə yaxın canlı qüvvəsi, Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu Azərbaycan üçün təhdid yaradan bütün hərbi obyektləri məhv edildi.
Azərbaycan ordusu sentyabr hadisələrində bir daha Ermənistana, dünyaya göstərdi ki, hər hansı bir təxribat cavabsız qalmayacaq və qala da bilməz. Çünki, Azərbaycan özünü müdafiə etmək gücündə, qüdrətində olan ölkədir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: