Xəzər Xəbər

Ağdam - Xankəndi yolunun açılması Azərbaycanın növbəti uğurudur VİDEO

Veb TV | 22:11 • 12 Sentyabr 2023
Ağdam - Xankəndi yolunun açılması Azərbaycanın növbəti uğurudur

Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozmağa yönəlmiş açıq manipulyasiyaların fonunda, Ağdam -Xankəndi marşrutu humanitar daşıma üçün işə düşdü. Lakin sülh prosesi hələ də ləngiyir.

Politoloq Elxan Şükürlü bildirib ki, Ağdam - Xankəndi yolunun açılmasında Rusiyanın sərgilədiyi mövqeyi porseslərin lehimizə cərəyan etdiyini göstərir.

O əlavə edib ki, bölgədə sülh porsesinin ləngiməsində  ABŞ-nin rolu böyükdür. Belə ki, Rusiyanın vasitəçiliyi ilə başlayan proseslərin Qərb masasına daşınması 3 il vaxtımızı aldı.

Ekspertlər  hesab edir ki, rəsmi Bakının qətiyyətli mövqe nümayiş etdirməsi bu məsələlərdə əsas rol oynayır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti